“Bakı olimpiadası-2014” layihəsi


Bilik marafonuna qoşulub, qalib olmaq və faydalı hədiyyələr qazanmaq istəyirsinizsə bu layihə sizin üçündür.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Bakı olimpiadası-2014” layihəsinə start verilir. Olimpiadalarda Azərbaycan Respublikasının təhsil müəssisələrinin subbakalavr, bakalavr və magistr pillələrində təhsil alan tələbələr iştirak edə biləcəklər.

Dialoq.info-nun məlumatına görə, olimpiadaların keçirilməsində əsas məqsəd tələbələrin öz ixtisasları ilə bağlı fənlərlə yanaşı, digər elm sahələrinə, fənlərə marağının artırılması və ümumi dünyagörüşlərinin zənginləşdirilməsidir.

Olimpiadalarda hər sahə üzrə ilk üç yerin qalibləri müvafiq olaraq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Layihə çərçivəsində keçiriləcək olimpiadalar aşağıdakı sahələri əhatə edir:
▪ İnformatika
▪ Tarix və coğrafiya
▪Təbiət elmləri
▪Siyasi biliklər

Son qeydiyyat tarixi: 15 Oktyabr, 2014-cü il

Qeydiyyat üçün link: http://goo.gl/pkY2ao

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here