KRİMİNAL 2020.01.21 08:50

Bakı sakinindən silah götürüldü

42

Bakıda sənədsiz silah saxlayan şəxs tutulub.

Həmin şəxs Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər Cinayət Məcəlləsinin 177, 180, 213 və 234-cü maddələri ilə məhkum olunmuş, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Ramil Həsənovdan sandığında 7 ədəd patronu ilə birlikdə “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

oxu.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı