CƏMİYYƏT 2020.10.09 18:16

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənildi

45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə pensiya vəsaitləri Bakı, Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olan pensiyaçıların (316,4 min nəfər) hesablarına köçürülüb.

Fonddan bildirilib ki, vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.

Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə oktyabrın 15-də ödənilməsi nəzərdə tutulub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı