ƏSAS SƏHİFƏ

Bakıda 2 ay pulsuz Wi-Fi olacaq

552

Rabitə və yüksək texnologiyalar naziri bu barədə açıqlama verdi

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yayımı üçün seçilən peykdən biri “Azərispace 1” peykidir. Peykimiz bu oyunların yayımı üçün tam hazır vəziyyətdədir.

Bu açıqlamanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistələrə verib. Nazir həmçinin oyunlarla əlaqədar paytaxtın ictimai məkanlarında pulsuz “Wi-Fi”lara qoşulmaq mümkün olacağını da söyləyib:

“İctimai yerlərdə, bir çox parklarda, Olimpiya kəndində, eləcə də oyunların keçirildiyi bir sıra yerlərdə “Wi-Fi” sistemi istifadəyə veriləcək. Məhz bu “Wi-Fi”ların çox hissəsi əsasən operatorlar, provayderlər tərəfindən həyata keçiriləcək. Biz bunula bağlı onlara bir güzəşt təklif edirik ki, bu iki ay müddətində onlar bu xidməti pulsuz həyata keçirisinlər. İki aydan sonra isə onlar bu xidməti ödənişli olaraq həyata keçirə bilərlər”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı