ƏSAS SƏHİFƏ

Bakıda 2 mindən çox xəstə ölümdən xilas edilib

136

“Ötən il Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693 600-dən artıq müraciət daxil olub. Müraciət edənlərdən 63 300-dən çoxu xəstəxanalara yerləşdirilib”.

Bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bildirib.
O, qeyd edib ki, ötən il reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub: “Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 150 325 olub, 12 354 nəfər hospitalizasiya edilib. Uşaqlarla bağlı edilən çağırışların sayı isı 83 000-dən artıq olub və stansiyada pediatrik briqadaların fəaliyyəti bərpa olunduğundan keçən il həkim yanında uşaq ölümü baş verməyib.

Miokard infarktı ilə müraciətlərin sayı 865 olub, 814-ə yaxın xəstə hospitalizasiya olunub. Ötən illə müqayisədə miokard infarktı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə edilir”.

AzVision.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı