KRİMİNAL 2020.03.24 10:58

Bakıda 20 cinayətin üstü açıldı

66

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də 20 cinayətin üstü açılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, quldurluq üzrə bir, narkotiklərin qanunsuz dövriyyəsinə görə səkkiz, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirləri nəticəsində daha iki faktın açılması təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə bir nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan dörd nəfər isə tapılaraq ailələrinə təhvil verilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı