KRİMİNAL 2020.05.02 12:20

Bakıda aptekdən yenə uşaq qidası oğurlandı

33

Bakıda daxili işlər orqanlarının əməkdaşları tərəfindən son altı gündə uşaq qidalarının oğurlanması ilə bağlı ikinci hadisə qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Paytaxtın Yasamal rayonunda, Azərbaycan prospektində yerləşən, Nəzakət Qarayevaya məxsus aptekdən iki paket uşaq qidası oğurlanıb. Oğurluqda şübhəli bilinən şəxsin kimliyi hələlik müəyyən edilməyib.

Xatırladaq ki, analoji fakt aprelin 26-da, saat 13:00 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən aptekdə qeydə alınmışdı və polislər hadisəni qarət kimi qiymətləndirmişdilər.

Naməlum şəxs aptekə daxil olaraq, 1995-ci il təvəllüdlü satıcı Firuzə Ramazanovanı fiziki zorakılıqla hədələyərək, 106 manat dəyərində uşaq qidasını aparmışdı.

Cinayət hadisəsi Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırılıb. Hələlik şübhəli şəxsin kimliyi müəyyənləşdirilməyib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı