CƏMİYYƏT 2020.09.26 23:30

Bakıda elektrik dəzgahı qadının barmaqlarını kəsdi

314

Bakıda iş yerində bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda yerləşən plasmas sexində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Mayılova Natavan Yunis qızı elektrik dəzgahinda işləyərkən ehtiyatsızlıqdan sol əli dəzgahın arasında qalıb. Hadisə yerində ağır yaralanan 45 yaşlı qadın təcili yardımın köməyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. N.Mayılova cərrahi əməliyyat olunub, həkimlərin səyinə baxmayaraq, onun sol əlinin 5 barmağı amputasiya olunub.

Hadisənin təfərrüatı Nərimanov rayon Prokurorluğunda araşdırılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı