Bakıda güclü külək ağacı qıraraq avtomobillərin üzərinə salıb

85
Güclü külək səbəbindən Bakının Mərdanov qardaşları küçəsində ağac qırılaraq avtomobillərin üzərinə düşüb.
Dialoq.info Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, sürücülərə tövsiyə edilir ki, bu cür küləkli hava şəraitində avtomobillərini park edərkən diqqətli olsunlar.
İri gövdəli, yaşlı və aşmaya meyilli ağacların altında avtomobillərinizi park etməsinlər.
