KRİMİNAL 2020.11.21 14:30

Bakıda içərisində pul olan seyf oğurlandı

73

Bakıda marketdə oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi (RPİ) 17-ci Polis Şöbəsi (PŞ), Nəsimi RPİ 19-cu PŞ və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Z.Bünyadov prospektindəki marketlərin birindən içərisində 800 manat pul olan seyf, 2 300 manat dəyərində tütün məmulatı, spirtli içki və yağ oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Hüseynli, R.Həsənov və Ağdam rayon sakini əvvəllər məhkum olunmuş E.Həsənov saxlanılıblar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı