CƏMİYYƏT 2020.10.09 17:55

Bakıda ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq

22

Bakı şəhərinin Baş Planı çərçivəsində velosiped nəqliyyatının inkişafı və müvafiq infrastrukturun yaradılması planlaşdırılır.

Bu, 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edən Bakı şəhərinin Baş Planında qeyd edilib.

Plana əsasən, 2040-cı ilədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 250 km təşkil edəcəyi nəzərdə tutulur.

Bununla yanaşı, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılır. 2040-cı ilədək xüsusi hərəkət zolaqlarının ümumi uzunluğunun hazırki 16 zolaq-km-dən 198,4 zolaq-km-ə qədər genişləndirilməsi nəzərdə tutulur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı