Bakıda “İncə əbədiyyət” adlı sərgi açılıb

Martın 7-də “Natəvan” qalereyasında “İncə əbədiyyət” adlı sərgi açılıb. 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan sərgidə dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, “İncə əbədiyyət” layihəsi vitraj, keramika və zərgərlik sənətlərini əhatə edib. Sərgidə rəssamlar Gülnar Məmmədova, Lada Kərimova, Sevinc Yavtumova, Marina Səfərova, Yelena Lobanova, İradə Bağırova, İnqa Zemtsova və Lalə Məmmədəlizadənin əsərləri nümayiş olunub.

Sərginin təşkilatçılarından biri, “Bakinski raboçi” qəzetinin keçmiş əməkdaşı Sevinc Yavtumova AZƏRTAC-a müsahibəsində bildirib ki, tətbiqi incəsənətlə 15 ildir məşğul olur. O, yaradıcılıq yoluna ikebana hazırlamaqla başlayıb, sonra keramika boyakarlığına və zərgərlik məmulatları düzəltməyə keçib.

S.Yavtumova qeyd edib ki, rəssamların sərgidə təqdim olunan işlərində zəngin rəng çalarlarını əks etdirən milli naxışlar, etnik elementlər yer alıb. Şüşənin və keramikanın özünəməxsus keyfiyyətləri dəyişkən rənglərlə zənginləşdirilərək sərginin ən tələbkar tamaşaçısını belə məmnun edir, müsbət emosiyalar yaradır.

Sərgi martın 13-dək davam edəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here