ƏSAS SƏHİFƏ

Bakıda iş axtaranların nəzərinə

646

Bakıda iş axtaranların nəzərinə!

Gənclər işlə təmin oluna bilər.

Martın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon Təşkilatının birgə təşkilatçılığı ilə gənclər üçün Əmək yarmarkası keçiriləcək.
Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, yarmarka “Nizami” kino mərkəzində (Bülbül prospekti 20) təşkil olunacaq.

Yarmarkada boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Tədbir zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək istəyənlərin qeydiyyatı da aparılacaq. Həmin boş iş yerləri üzrə əmək haqqı 250-900 manat arasında dəyişir. Bundan əlavə olaraq, yarmarkada sosial cəhətdən həssas qruplardan olan şəxslər üçün kvota üzrə 107 boş iş yeri də təqdim ediləcək ki, onlardan 96-sı məhz əlilliyi olan şəxslər üçün nəzərdə tutulub.

Xatırladaq ki, ƏƏSMN tərəfindən ötən il respublikanın 60 rayon və şəhərində keçirilən Əmək yarmarkalarında 5753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onlardan 85 faizə yaxını, yəni 4838 nəfəri işlə təmin olunub.

Qeyd edək ki, nazirlik tərəfindən müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər üçün səyyar Əmək Birjası təşkil olunacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı