KRİMİNAL 2021.02.23 10:12

Bakıda küçədə qonşular arasında bıçaqlanma olub, yaralılar var

76

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Qüdrətov İlqar Rəhman oğlu küçədə qonşusu, 1961-ci il təvəllüdlü Məmmədov Nadir İsmayıl oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə hər iki şəxs üzərində gəzdirdikləri bıçaqla bir-birilərinə bıçaq xəsarətləri yetiriblər.

Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci ( Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı