ƏSAS SƏHİFƏ

Bakıda “Macarıstan Universitetlərində Təhsil” sərgisi keçiriləcək

474

Bu ilin noyabr ayının 9-da Macarıstanın ən nüfuzlu, məşhur və qədim universitetlərinin Bakıda təhsil sərgisi keçiriləcək.

Təhsil sərgisi zamanı International Business School, BKF Universiteti, Corvinus Universiteti, Debrecen Universiteti, Pecs Universiteti və Duna Kolleci barədə tələbə və valideynlərə ətraflı məlumat veriləcək.

Təklif olunan ixtisasların çoxluğu və müxtəlifliyi, təhsilin yüksək keyfiyyəti, təhsil və yaşayış xərclərinin Avropanın digər ölkələri ilə müqayisədə ucuzluğu və digər üstünlüklərinə görə Macarıstan universitetləri azərbaycanlı tələbə və valideynlərin marağını özünə cəlb edir.

Stimul Education & Consulting Mərkəzinin və Macarıstan universitetlərinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Study in Hungary”-nin birgə təşkilatçılığı ilə baş tutacaq sərgi Caspian Plazada (Ünvan: C.Cabbarlı 44, Caspian Plaza, korpus 3, mərtəbə 10) keçiriləcək. Bu sərgi cəmi 1 gün davam edəcək, noyabrın 9-da saat 11:00-da başlayacaq və saat 17:00-da başa çatacaq. Təhsil sərgisinə giriş sərbəstdir və arzu edən hər kəs bu sərgini ziyarət edə bilər.

Xatırladaq ki, Macarıstan universitetləri Azərbaycan dövlətinin “2007-2015-ci illər Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqram”ına daxildir və bu universitetlərinin diplomları Azərbaycan höküməti tərəfindən tanınır.

Hazırda Macarıstanda onlarla Azərbaycanlı tələbə iqtisadiyyat, hüquq, idarəetmə, tibb, turizm, memarlıq, mühəndislik, kənd təsərrüfatı və digər ixtisaslarda təhsil alır. Macarıstan təhsil sistemi bəşəriyyətə Nobel mükafatçıları, dahi ixtiraçılar bəxş etmiş, elm və texnikanın inkişafına əsaslı təkan vermişdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı