ƏSAS SƏHİFƏ

Bakıda pulsuz taksilər işləyəcək

546
Azərbaycan paytaxtında yeni taksi xidməti faəliyyətə başlayacaq. Bu barədə Nəqliyyat Nazirliyi yanında “Bakı Taksi Xidməti” MMC-nin direktoru Elçin Nəsirov bildirib. Onun sözlərinə görə, bu məqsədlə 500 “London taksisi” ayrılıb. Həmin taksilər Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarının Təşkilat Komitəsinin ixtiyarında olacaq və qüsursuz xidmət göstərəcək.
Xidmətləri göstərmək üçün təcrübəli və peşəkar sürücülər də ayrılıb. Həmin sürücülər dil kursları keçiblər. Əlavə olaraq onlara müştərilərlə rəftar və digər treninqlər keçirilib. Bundan əlavə olaraq, müştərinin lazımı ünvana tez və təhlükəsiz çatdırılması üçün lazımı praktika keçirilib.
“Həmin taksilər oyun iştirakçılarına, qonaqlara və təşkilat komitəsinin təyin etdiyi şəxslərə pulsuz xidmət göstərəcək. Bundan başqa, Avropa Oyunlarına buraxılış vərəqəsi olanlar da həmin taksilərin xidmətindən istifadə edə biləcəklər”, – deyə Elçin Nəsirov bildirib.
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı