KRİMİNAL 2020.02.22 01:47

Bakıda qayınata və kürəkəni bıçaqlayanlar tutuldular

57

Fevralın 17-də saat 21 radələrində Binə qəsəbəsində yaşayan Səyyad Hüseynov, Elçin Əhmədov və qayınatası Azər Həsənovun kəsilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub.

Bununla bağlı Daxili İşlər Nazirliyindən daxil olan məlumatda deyilir.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün qəsəbə ərazisində onlarla qəsəbə sakinləri Elnur Bağırzadə və onun qardaşı, əvvəllər məhkum olunmuş Rəşad arasında münaqişə baş verməsi, bu zaman onların xuliqanlıq zəminində biri-birilərinə bıçaqla xəsarət yetirmələri müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Əhmədov, S.Hüseynov, E.Bağırzadə və Rəşad saxlanılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı