Bakıda və Abşeron yarımadasında havanın temperaturu normadan 3-4 dərəcə yüksəkdir

Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu çoxillik normadan 3-4 dərəcə yüksəkdir. Havanın hərarəti 30-35 dərəcə arasında dəyişir. Yaxın üç gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

A.Verdiyev bildirib ki, sentyabrda belə hava şəraiti müşahidə olunsa da, rütubətin normadan çox olması istilik effektini artırıb. Son bir neçə gün ərzində ölkə ərazisində əsasən gündüz saatlarında rütubətli hava şəraiti müşahidə edilir. Havanın nisbi rütubətliliyi gündüz 70-80, axşam 40-50 faiz təşkil edir. Rütubətin miqdarının çox olmasına səbəb Xəzər dənizindən əsən cənub-şərq küləklərinin üstünlük təşkil etməsidir.

Baş hidroloq yaxın 3 gün ərzində Abşeron yarımadasında bəzi saatlarda sakit hava fonunda rütubətin bir qədər çox olmasının meteohəssas insanlarda narahatlıq hissi yarada biləcəyini qeyd edib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here