CƏMİYYƏT 2020.05.03 12:23

Bakıda yeni universitetin yaradılması təklif edilir: “Bu, əlaqələrin inkişafına çox böyük təkan verər” – Açıqlama

73

Son illər türk cümhuriyyətləri və türk topluluqları arasında əlaqələr dərinləşir. 1992-ci ildə müstəqil türk dövlətləri arasında ilk birliklər yaradılmağa başlayıb.

Yaradılan birliklər işlək qurumlara çevrilib. Maraqlıdır Türk Dili Danışan Ölkələr Zirvəsi artıq Türk Şurası adlanır. Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) da fəaliyyət göstərir. TÜRKPA 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstandul şəhərinin “Dolmabaxça Sarayı”nda Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzalamış olduğu Sazişlə təsis olunub.

29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) I plenar sessiyası keçirilib. Plenar sesiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyamnaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsin haqqında qərar qəbul edilib. Göründüyü kimi Bakıda artıq türk cümhuriyyətləri üçün siyasi mərkəzə çevrilib. Bir sıra ekspertlər hesab edir ki, Bakıda tükdilli xalqların tarixi, dili və ədəbiyyatını təqdd edən ali məktəb açılmalı, türk ellərini öyrənən araşdıma mərkəzləri yaradılmalıdır.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, Dialoq. info saytının baş redaktoru Mübariz Göyüşlü Cebhe.info-ya açıqlamasında bildirib ki, son illər Türk Dünyasının birliyi istiqamətində türk dövlətləri və başçıları tərəfindən önəmli addımlar atılır:

                                                                     Mübariz Göyüşlü

“Türk dünyasının siyasi mərkəzi olaraq təsis edilən və bütün fəaliyyətləri koordinasiya edən Türk Şurasının yaradılması, onun qərargahının İstanbulda yerləşdirilməsi çox böyük bir addım idi. Bundan başqa Türk Parlamentinin təsis edilməsi, qərargahının Bakıda yerləşdirilməsi, Beynəlxalq Türk Akademiyasının yaradılması, qərargahının Astanada yerləşdirilməsini və s. bu kimi önəmli fəaliyyətləri də təqdir etmədən keçmək mümkün deyil. Bu qurumların hər birinin türk dövlətlərinin və türk xalqlarının birliyində, inteqrasiyasında, əməkdaşlığının genişləndirilməsində özünəməxsus rolu var. Lakin siyasi, iqtisadi, hərbi birliklərin alt qatında mədəni, elmi, təhsil, dil, əlifba birliyi olarsa biz daha tez və daha güclü şəkildə gələcək planlarımızı həyata keçirə bilərik. Ortaq Akademiyanın yaradıldığını nəzərə alsaq artıq təhsil sahəsində işlərin görülməsinə, mövcud əlaqələrin genişləndirilməsinə, ortaq dərsliklərin tərtibinə və s. istiqamətdə işlərin həyata keçirilməsinə ciddi ehtiyac var. Məncə belə məqamda ali məktəb istiqamətində görüləcək işin çox böyük faydası ola bilər. Təbii ki, ortaq ali məktəb yaradılması – deyək ki, şərti olaraq adlandırsaq Türk Xalqları Universitetinin yaradılması əlaqələrin inkişafına çox böyük təkan verər. Bildiyim qədər universitetlər birliyi də fəaliyyət göstərir. Əgər belə bir qurum varsa onun təsisçiliyi, təşkilatçılığı ilə bu önəmli işə imza atmaq olar. Bununla yanaşı ortaq dil və əlifba istiqamətində çalışmaların da məhz akademiya və universitet çalışmaları ilə daha da güclənəcəyinə də inanıram”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı