KRİMİNAL 2019.09.22 10:00

Bakıda yük maşını 10 yaşlı uşağı vurub

73

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində 2009-cu il təvəllüdlü Canıyev Famil Rövşən oğlu yolu keçərkən onu “Qazel” markalı yük avtomobili vurub. Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub. F.Canıyevin vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasia şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Report.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı