CƏMİYYƏT 2020.11.03 10:00

Bakının səbri tükəndi və… – Akar

32

Tarixi torpaqlarının erməni işğalından azad edilməsi üçün mübarizəsini davam etdirən Azərbaycan Türkiyə üçün sadəcə dost deyil, qardaş bir ölkədir. Axar.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Akarın sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri danışıqlar prosesi illərində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə verə bilmədi, Ermənistan isə qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq əvəzinə, əksinə, ələ keçirilmiş ərazini genişləndirməyə çalışdı:

“Bakının səbri tükəndi və Azərbaycan Ordusu hazırda da uğurla davam edən əks-hücuma başladı. Azərbaycan Ordusu yüksək peşəkarlığa malikdir və beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərir. Zərbələr yalnız işğalçı qüvvələrin mövqelərinə vurulur. Ermənistan silahlı qüvvələrinə qarşı əməliyyatlar mümkün qədər dəqiq aparılır, Ermənistan isə bütün dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycanın yaşayış məntəqələrini vurur, günahsız mülki insanlar həlak olur”.

Nazir Ermənistanın PKK da daxil olmaqla, terror təşkilatları ilə sıx əməkdaşlığına diqqət çəkib:

“İrəvan həmişə PKK başda olmaqla, terrorçulara yardım edib. Bu bir həqiqətdir. PKK terrorçularının bir qismi işğal altındakı Azərbaycan torpaqlarına köçürülməsi məqsədi ilə Ermənistana gətirilib. Türkiyə Ermənistandan terrorçularla əməkdaşlığı dərhal dayandırmağı və işğal olunmuş torpaqları azad etməsini tələb edir”.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı