ƏSAS SƏHİFƏ

Baku Pianos – “Ruhumu dindir, məni sevindir!”

887

Dünyanın 45 böyük şəhərində reallaşdırılan və 1300-dən çox piano yerləşdirən və kifayət qədər sevilən “Play me, I’m Yours” layihəsindən ilhamlanaraq “Baku Pianos” layihəsi “Ruhumu dindir, məni sevindir” şüarı ilə Azərbaycanda da reallaşdırılır.

Köhnə pianolar üzərinə gənc rəssamlar müxtəlif kompozisiyalar çəkir, bu pianolar alış-veriş mərkəzlərinə, açıq məkanlara yerləşdirilir. Oradan keçən və piano ifa etməyi bacaran istənilən şəxs piano arxasında oturaraq ifa edə bilər.

İlk pianolar 2 may tarixindən etibarən Park Bulvar və 28 mall ticarət mərkəzlərinə yerləşdiriləcək. Park Bulvar ticarət mərkəzində saat 14:00-dan etibarən, 28 mall ticarət mərkəzində isə 17:00-dan etibarən pianolarda ifa edə, foto və video çəkə, #BakuPianos hashtagı ilə paylaşa bilərsiniz.

Piano və digər alətlərdə ifa edən gənc dostlarınızı da dəvət edə bilərsiniz.

Nümunə video: https://www.youtube.com/watch?v=HHz8bIW9nG8

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı