ƏSAS SƏHİFƏ

Balaca Yarat / Ailənızlə Bazar Günü / Rəng Partlayışı / Yaradıcılıq Eşqi

668

Yarat ailənizlə maraqlı və əyləncə dolu həftəsonu keçirməyiniz üçün hər Bazar və Şənbə “Balaca Yarat” layihəsinin çərçivəsində “Ailənızlə Bazar Günü”, “Rəng Partlayışı”, “Yaradıcılıq Eşqi” və “Təxəyyül Bacarığı” tədbirləri təqdim edir. Tədbirlərin əsas məqsədi uşaqlarda müasir incəsənətə maraq oyatmaq, yaradıcılıq vasitəsilə özlərini ifadə etməyi öyrətmək, təxəyyülü və yaradıcılıq həvəslərini artırmaq. Uşaqların hər yaş dövrünə uyğun proqram tərtib olunub.

  1. Ailənızlə Bazar Günü. Hər Bazar günü saat 11:30-dan 13:30-a kimi YARAT Müasir İncəsənət Mərkəzində ailələr üçün “Ailənizlə bazar günü” adlanan tədbir təşkil olunacaq. Proqrama daxildir:
    Mərkəzdə nümayiş etdirilən sərgilərdə uşaq və böyüklər üçün bələdçi ilə ekskursiyalar keçiriləcək.
    Tanınmış müasir incəsənət xadimlərinin apardığı yaradıcılıq məşğələləri.
    Fərdi təxəyyülü və təsviretmə bacarığını artıran, bütün ailə üzvlərinin iştirakı ilə həyata keçirilən yaradıcılıq fəaliyyəti.
  2. Rəng Partlayışı. 3-6 yaşında olan uşaqlar üçün proqram. Hər Şənbə saat 11:00-dan 13:00-a kimi YARAT Müasir İncəsənət Mərkəzində sizinlə uşağınız üçün “Rəng partlayışı” adlanan tədbir təşkil olunacaq! Proqrama daxildir:
    Təcrübəli uşaq təlimçisinin keçirdiyi təsviri sənət dərsləri. “Yaşıl kafe” də böyüklər üçün fud-art (yeməklərin zövqlə bəzədilməsi) dərsləri.

  3. Yaradılıcıq Eşqi. 7-9 yaşında olan uşaqlar üçün proqram. Hər Şənbə saat 14:00-dan 16:00-a kimi YARAT Müasir İncəsənət Mərkəzində sizinlə uşağınız üçün “Yaradıcılıq eşqi” adlanan tədbir təşkil olunacaq! Proqrama daxildir:
    Təcrübəli uşaq təlimçisinin keçirdiyi təsviri sənət dərsləri. Mərkəzdə nümayiş etdirilən sərgilərdə uşaq və böyüklər üçün bələdçi ilə ekskursiyalar
    “Yaşıl kafe“ də böyüklər üçün fud-art (yeməklərin zövqlə bəzədilməsi) dərsləri.

  4. Təxəyyül Bacarığı. 10-12 yaşında olan uşaqlar üçün proqram. Hər Şənbə saat 16:00-dan 18:00-a kimi YARAT Müasir İncəsənət Mərkəzində sizinlə uşağınız üçün “Təxəyyül bacarığı” adlanan tədbir təşkil olunacaq. Proqrama daxildir:
    Təcrübəli uşaq təlimçisinin keçirdiyi təsviri sənət dərsləri. Mərkəzdə nümayiş etdirilən sərgilərdə uşaq və böyüklər üçün bələdçi ilə ekskursiyalar.

Tədbirlər ödənişsizdir! Sadəcə, iştirak etmək üçün əvvəlcədən inboksa yazaraq qeydiyyatdan keçmək lazımdır.(Yarat! Contemporary Art Space səhifəsinə yazın)

11743007_865218963546240_1613450832357968741_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı