ƏSAS SƏHİFƏ

Balaca YARAT / “Ailənizlə Bazar Günü”

485

YARAT ailənizlə maraqlı və əyləncə dolu həftəsonu keçirməyiniz üçün hər Bazar və Şənbə “BALACA YARAT” layihəsi çərçivəsində “Ailənizlə Bazar Günü”, “Rəng Partlayışı”, “Yaradıcı Ol” və “Təxəyyül Bacarığı” tədbirləri təqdim edir. Tədbirlərin əsas məqsədi uşaqlarda müasir incəsənətə maraq oyatmaq, yaradıcılıq vasitəsilə özlərini ifadə etməyi öyrətmək, təxəyyülü və yaradıcılıq həvəslərini artırmaq.

Növbəti “Ailənizlə Bazar Günü” tədbiri sentyabrın 20-i keçiriləcək.
YARAT-da bazar günü beynəlxalq təcrübəli psixoloq və art-terapevt Elizabet Brandolini tərəfindən keçirilən art-terapiya dərsi zamanı Siz müxtəlif sənət əsəri yaratmağa çalışacaqsız. Oyun və yaradıcılıq vasitəsilə art-obyektin yaradılması prosesini hiss etməyə dəvət edirik.

Tədbirdə iştirak etmək üçün əvvəlcədən inboksa (https://www.facebook.com/Yarat.Art) uşağının adını və soyadını, yaşını və əlagə telefon nömrəsini yazaraq qeydiyyatdan keçmək lazımdır.

Vaxt: 20 sentyabr saat 11:30

YARAT İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanı yaxınlığında

Giriş sərbəstdir

11998862_893037314097738_7936181460953694162_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı