KRİMİNAL 2020.07.09 14:19

“Bandotdel” vəzifəli şəxslərə qarşı əməliyyata başladı 10-dan artıq şirkət rəhbəri saxlanıldı

277

Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Kənd Təsərrüfattı Nazirliyi ölkədə fermerlərə verilməli olan subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib.

Əməliyyat ölkənin bir neçə rayonunda keçirilib. Əməliyyat zamanı özəl sektorun onlarla əməkdaşı mənimsəmədə ittiham olunaraq saxlanılıblar.

Araşdırmalar zamanı həmin şəxslərin külli miqdarda aqrar subsidiyaları mənimsəməsi faktı üzə çıxıb. Saxlanılan şəxslərin əksəriyyəti ölkədə gübrə təchizatçısı olan şirkətlərin rəhbərləridir. Hazırda əməliyyat davam etdirilir. Hadisə barədə ictimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

+++

Dialoq.info xəbər verir ki, Azerses.az-ın əldə etdiyi məlumata görə “Bandotdel” dünən gecədən kənd təsərüfatına ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı əməliyyata başlayıb. Xeyli sayda saxlanılanlar var.

Əməliyyatlar hələ də davam edir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı