İDMAN 2020.07.08 06:38

“Barselona” Messinin maaşını azaltmaq istəyir

75

“Barselona” ilə klubun əsas futbolçusu Lionel Messi arasında uçurum dərinləşir. Kataloniya təmsilçisi dünya ulduzunun maaşını azaltmaq istəyir.

“El Chiringuito TV” özünün “Twitter” hesabında bu haqda yazıb. Məlumata görə, “Barselona”nın prezidenti Jozep Bartomeu yaxın vaxtlarda kapitana qərarı çatdıracaq. Burada məvacibin konkret nə qədər azaldılacağı yazılmayıb.

“Barselona” Messiyə ildə 90 milyon avro verir. Amma məbləğin təxminən yarısı vergiyə gedir. Messinin “Barselona” ilə müqaviləsinin vaxtı gələn ilin iyununda bitir. Dünən xəbər yayılmışdı ki, argentinalı futbolçu Bartomeunun işindən narazı olduğuna görə klubla yeni müqavilənin şərtlərinin müzakirəsini dayandırıb. Messinin hətta “Mançester Siti”yə keçidinin xeyli real olduğu da yazılır.

Dünya ulduzu “Barselona”da 2004-cü ildən oynayır. Messi klubla 10 dəfə İspaniya çempionu olub, 4 dəfə Çempionlar Liqasının kubokuna sahib çıxmağı bacarıb. Argentinalı 10 dəfə “Qızıl top” mükafatını alıb.

Bizimyol.info

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı