İDMAN 2019.09.16 20:45

“Barselona”nın müdafiəçisinin evi qarət olundu

58

“Barselona”nın futbolçusu Samuel Umtitinin evi qarət olunub.

Trend-in məlumatına görə, sentyabrın 14-də Kataloniya klubu La Liqanın 4-cü turunda “Valensiya” ilə (5:2) qarşılaşıb. Fransalı müdafiəçi matçda iştirak etməsə də, stadionda olub. Həmin gün oğurluq hadisəsi ilə bağlı Umtitinin qonşuları polisə məlumat veriblər. Futbolçunun evinə gedən polislər orada boş seyf aşkarlayıblar.

Qeyd edək ki, bir müddət əvvəl “Barselona”nın futbolçusu Jordi Albanın da evi qarət olunub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı