DÜNYA 2020.09.26 01:00

“Barselona”ya qayıtmaq istəyirəm” – İnyesta

44

Yaponiyanın “Vissel Kobe” klubunun futbolçusu Andres İnyesta doğma klubu “Barselona”ya qayıtmaq istəyir.

Qol.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Mundo Deportivo”ya açıqlamasında bu barədə danışıb. O bildirib ki, Kataloniya klubu öz evidir:

“Ümid edirəm ki, bir gün ora qayıdacam. Hazırda fərqli situasiya var və nəyisə təxmin etmək olmur. Amma “Barselona”ya qayıtmaq istədiyimi deyə bilərəm. Hazırda diqqətim “Vissel Kobe”dədir və klubumla bir illik müqaviləm var. Bundan sonra nə olacağını bilmirəm, bəlkə, burda qaldım, bəlkə də, ayrıldım”.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü 22 il “Barselona”da çıxış etdikdən sonra 2018-ci ildə “Vissel Kobe”yə keçib

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı