Azərbaycanın Baş Prokurorluğu sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.

Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 nəfər dinc sakin ölüb.

Hadisələr nəticəsində 206 nəfər sakin xəsarət alıb, 1479 ev, 66 çoxmənzilli yaşayış binası, 241 mülki obyekt isə yararsız vəziyyətə düşüb.