CƏMİYYƏT 2020.11.10 00:35

Baş Prokurorluq Rusiyaya məxsus hərbi helikopterin vurulması ilə bağlı bəyanat yayıb

68

Azərbaycan Respublikasının Baş Prokurorluğu Rusiyaya məxsus hərbi helikopterin vurulması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir:

“9 noyabr tarixində saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb, nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul edilməsi təmin ediləcəkdir.

Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu öz dərin təəssüfünü bildirməklə, həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı