DÜNYA 2020.11.21 10:06

Baydenin dostu ABŞ-ın dövlət katibi ola bilər

28

ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəldiyini elan edən demokrat namizəd Cozef Bayden dövlət katibi vəzifəsinə kimin təyin olunacağını müəyyən edib.  Bu barədə “The Hill” qəzeti məlumat yayıb. ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyasında çalışmış sabiq məmur dövlət katibi vəzifəsinə veteran diplomat və Baydenin çoxdankı müttəfiqi Toni Blinkenin təyin olunacağını  bildirib. Nəşr namizədin rəsmi adının gələn həftə açıqlanacağını qeyd edib. 58 yaşlı Blinken 2015-2017-ci illərdə ABŞ dövlət katibinin müavini olub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı