CƏMİYYƏT 2020.08.09 20:30

Belarusda seçkilər necə keçir?

191

Belarusda keçirilən prezident seçkiləri zamanı hər hansı bir problem qeydə alınmayıb. Bunu Belarusda seçkiləri müşahidə edən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Seçki məntəqələrində iştirak edən Naqif Həmzəyev bildirib ki, səsvermə kampaniyası Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilib və prosesi izləyərkən əhalinin seçkiyə marağının yüksək olduğunun şahidi olduq. Avqustun 4-dən 8-dək erkən səsvermə belarusların seçki kampaniyasına məsuliyyətlə yanaşdığını göstərdi. Əsas səsvermə günü də seçicilərin fəallığı yüksəkdir.

Qeyd edək ki, səsvermə prosesini 248 beynəlxalq və 50 minə yaxın yerli müşahidəçi izləyir. Xarici müşahidəçilər arasında MDB Parlamentlərarası Assambleyası Şurası baş katibinin müavini, Milli Məclisin bu qurumdakı nümayəndəsi Aydın Cəfərov, Milli Məclisin deputatları Azər Badamov, Naqif Həmzəyev, Arzu Nağıyev və Kamran Bayramov da var. Azərbaycan nümayəndə heyəti seçkilərlə bağlı bir sıra görüşlər keçiriblər. Görüşlərində seçki kampaniyasının aparılması, seçki qanunvericiliyinin tələblərinin qorunması, şəffaf və ədalətli seçkilərin təmini məsələləri müzakirə edilib.

Ali vəzifə uğrunda 5 namizəd – Belarus prezidenti postuna dövlət başçısının səlahiyyətlərini icra edən Aleksandr Lukaşenko, “Həqiqəti söylə” ictimai hərəkatının həmsədri Andrey Dmitriyev, parlamentin aşağı palatasının keçmiş deputatı Anna Kanopatskaya, evdar qadın Svetlana Tixanovskaya və “Belarus Sosial Demokratik Hramada” partiyasının sədri Sergey Çereçen mübarizə aparırlar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı