ƏSAS SƏHİFƏ

Berlin Türkmənistan qazını almağa maraq göstərir

78

Almaniyanın xarici siyasət idarəsi Avropa İttifaqının (Aİ) Türkmənistandan artıq indinin özündə 6 milyard kubmetr qaz almağa hazır olduğunu bildirib.

AZƏRTAC “Bild” nəşrinə istinadla xəbər verir ki, Almaniya Türkmənistana onun nəhəng qaz ehtiyatlarına görə maraq göstərir. Qaz mövzusu isə indi çox aktualdır. Xüsusən də hazırda Aİ-də “Şimal axını-2” qaz kəməri layihəsi və enerji daşıyıcılarının şaxələndirilməsi zərurəti ətrafında qızğın diskussiyalar aparılan bir vaxtda.

“Türkmənqaz” Dövlət Konserninin başçısı Mırat Arçayev Almaniya Şərq Komitəsinin ( Şərqi Avropada kommersiya maraqları olan Almaniya firmalarının lobbi təşkilatı) təşkilatçılığı ilə Berlində keçirilən Almaniya-Türkmənistan konfransında bildirib ki, Türkmənistan onun təkində olan karbohidrogen xammalın sübut edilmiş ehtiyatlarına görə dünyada dördüncü yeri, ölkənin şərqindəki ”Qalkınış” yatağı isə təsdiq edilmiş qaz ehtiyatlarına görə ikinci yeri tutur. M.Arçayev deyib: “Biz türkmən qazını Avropa bazarlarında satmağa tam hazırıq. Yalnız buna maraq göstərən istehlakçı tapmaq qalır”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı