CƏMİYYƏT 2020.07.01 15:28

Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsinin növbəti görüşü keçirilib

94

Dünən “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin üzvlərinin iştirakı ilə növbəti görüş keçirilib. Koronavirus pandemiyası səbəbi ilə bu dəfə də görüş “Zoom” onlayn platforması vasitəsilə həyata keçirilib. Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsinin Katibliyindən verilən məlumata görə, görüşün əsas məqsədi müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya, vətəndaş cəmiyyəti institutlarının dövlət orqanları ilə bu sahəd əməkdaşlığı perspektivləri, üzv QHT-lərin bu sahədə ekspertlərin təcrübəsi, növbəti addımlar və s. məsələlər müzakirə olunub.

Görüşdə Onlayn Media Qrupun nümayəndəsi, “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin təsisçilərindən biri, hərbi analitik Ramil Məmmədli mövzu üzrə geniş təqdimatla çıxış etdi və Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya tarixçəsi, Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi, movcud durum və gələcək proqnozlaşdırma ilə bağlı iştirakçılarla fikirlərini bölüşdü.

Şəbəkənin təsisçilərindən biri Ramil İskəndərli Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri barədə məlumat verdi.

Tədbirdə mövzu ilə bağlı habelə Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədr müavini Elmari Məmişov, tədqiqatçı ekspert İsmayıl Kərimov, Onlayn Media Qrupun həmtəsisçilərindən biri Fadil Paşayev, hüquqşünas Şakir Səfərbəyov, tarixçi alim Sübhan Talıblı, Ümidli Gələcək Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşımova, Təmiz Dünya təşkilatının rəhbəri Mehriban Zeynalova iştirak etmişlər və mövzu üzrə fikir mübadiləsi aparmışlar.

Görüş iştırakçıları ümumi razılığa gəliblər ki, ildə 2-4 dəfə Şəbəkə üzvlərinin məqalə, araşdırma və təhlillərindən ibarət toplu dərc etsinlər. Eyni zamanda dövlət orqanlarına müdafiə, ordu, təhlükəsizlik və hüquq mühafizə sahəsində araşdırma mərkəzlərinin yaradılması məsələsini təklif etmək məqsədəuyğun sayılmışdır. Xatırladaq ki, keçən ilin yanvar ayında təsis olunmuş Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsinin əsas məqsədi Azərbaycanda müxtəlif sahələr üzrə ölkənin inkişafına yönəlmiş təhlil, tədqiqat və proqnozlaşdırma işləri vasitəsilə dövlət siyasətinin həyata keçirilməsinə dəstək göstərilməsinə, bu sahədə fəaliyyət göstərən təşkilatlar və mütəxəssislər potensialının səfərbər edilməsidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı