DÜNYA 2021.01.28 10:05

Beynəlxalq “Art Moscow Online” forumu keçiriləcək

88

Bu gün Moskvada pandemiyanın sənətə təsirinə həsr olunmuş beynəlxalq “Art Moscow Online” forumu keçiriləcək.

Trend-in məlumatına görə, forumda dünyanın müxtəlif ölkələrindən təxminən 80 mütəxəssis bir araya gələcək.

“Art Moscow Online” çərçivəsində rəssamlar və mütəxəssislər pandemiyanın nəticələrini, yeni rəqəmsal-mexanik və ənənəvi sənət mühitinin transformasiyalarını müzakirə edəcəklər.

Forum tədbirlərinin onlayn yayımına pulsuz qoşulmaq mümkün olacaq.

“Art Moscow Online” forumunun direktoru, “Expo-Park Sərgi Layihələri”nin baş direktoru Vasiliy Bıçkovun sözlərinə görə, onlayn format hər kəsin evdən çıxmadan sənət mühitinə qoşulmasına imkan yaradacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı