ƏSAS SƏHİFƏ

Beynəlxalq Karyera sərgisi keçiriləcək

1.6K
Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 9-11 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisi keçiriləcək.
Bu il “Akkord”, “Azercell”, “Azersu”, Formula1 Bakı Avropa Gran Prisi, “Gilan Holding”, Bakı Metropoliteni, “Halliburton”, ARDNŞ və digər şirkətlərdən ibarət olan sərgi iştirakçıları neft-qaz, telekommunikasiya, nəqliyyat, maliyyə, su təchizatı, energetika, satış və marketinq sahələri üzrə vakansiyalar təklif edəcəklər. Bundan başqa, Formula1 Bakı Avropa Gran Prisi layihəsinin Təşkilat komitəsi də sərgidə öz vakansiyalarını təqdim etməklə yanaşı, 2016-cı ildə Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-pri avtomobil yarışı üçün könüllülərin cəlb olunmasını həyata keçirəcək.
Ümumilikdə, sərgi çərçivəsində iş axtaranları mühasib, ofis meneceri, İT mütəxəssisi, auditor, maliyyə analitiki, kadrlar üzrə menecer, çağırış mərkəzinin əməkdaşı, energetika mühəndisi, elektrik, mexanik, avtomatika mütəxəssisi və bir sıra digər ixtisaslar üzrə vakansiyalar gözləyir. Ziyarətçilər sərgidə məşğulluq üzrə konsultasiya almaq, anket doldurmaq və hətta sərgidə təmsil olunan şirkətlərin kadrlar şöbəsi əməkdaşlarının iştirakı ilə ilkin müsahibədən keçmək imkanına malik olacaqlar. Bundan başqa, “Gilan Holding” şirkəti  tərcümeyi-halların düzgün doldurulması və arzu olunan vəzifəni tutmaq üçün müsahibədə lazımı qaydada iştirak etməyin yolları barədə seminar təşkil edəcək.
“Karyera” sərgisinə giriş iş axtaran hər bir kəs üçün açıqdır. Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri “Koroğlu” metro stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz və müntəzəm qrafik əsasında) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq.
Sərginin iş saatları:
9 oktyabr, 11:00 – 18:00
10 oktyabr, 10:00 – 18:00
11 oktyabr, 10:00 – 16:00
Ünvan: AZ1050, Azərbaycan, Bakı, Suraxanı rayonu, Heydər Əliyev pr., 515
Sərgiyə necə gəlmək olar:
“Bakı Expo” Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.
Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:
“28 Маy” metro stansiyasından – N 116
“Ulduz” metro stansiyasından – N 101, 150, 187
“Koroğlu” metro stansiyasından – N 101, 187, 150
“Q.Qarayev” metro stansiyasından – N 136, 160, 171
“Neftçilər” metro stansiyasından – N 141
Sərgi ziyarətçiləri üçün hər saatdan bir avtobuslar hərəkət edəcəklər:
“Koroğlu” metro stansiyası – Bakı Ekspo Mərkəzi (əks istiqamət daxil olmaqla)
Ziyarət qaydaları:
Siz sərgini dəvətnamə və ya sərginin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz sərgiyə dair bütün materialları FastTrack masasından alacaqsınız və bununla da sərgidə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.
Sərgiyə gələrkən, üzərində fərdi ştrix-kodunuz olan dəvətnaməni özünüzlə gətirməyi unutmayın. Bu ştrix-kod qeydiyyat üçün tələb olunan şəxsi məlumatlarınızı əks edir və məhz bu ştrix-kod sayəsində siz qeydiyyat prosesini nəzərəçarpacaq dərəcədə sürətləndirən “FAST TRACK” servisindən yararlana bilərsiniz.
11707486_900001660062314_4486456244238395533_n
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı