DÜNYA 2021.01.23 04:00

Bill Qeyts peyvənd olundu

67

“Microsoft” şirkətinin banilərindən biri, iş adamı və xeyriyyəçi Bill Qeyts koronavirusdan peyvənd edilib.

“Report” xəbər verir ki, bu barədə o, özünün tvitterdəki səhifəsində məlumat yayıb.

O, birinci dozanı aldığını qeyd edib və COVID-19 preparatının yaradıcılarına təşəkkür edib.

“Üstünlüklərdən biri budur ki, sənin 65 yaşın var, mən COVID-19-a qarşı vaksin hüququna malikəm. Bu həftə birinci dozanı aldım və özümü əla hiss edirəm. Bütün alimlərə, sınaqların iştirakçılarına, nizamlayıcı idarələrə və öndə olan həkimlərə, hansılar ki, bizi bu ana gətirib çıxardılar – təşəkkürlər”, – Qeyts tvitterdə yazıb.

Milyarder məhz hansı vaksinin dozasını aldığını açıqlamayıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı