Binəqədi rayonunda yeni dərs ilinə hazırlıqla əlaqədar tədbirlər davam edir

Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və “Hilal” ictimai birliyinin birgə təşkilatçılığı ilə YAP Binəqədi rayon təşkilatının qərargahında baş tutan tədbirdə rayonun sosial müdafiəyə ehtiyacı olan ailələrin uşaqları, onların valideynləri, həmçinin “Hilal” İB-nin nümayəndələri və Qarabağ müharibəsi veteranları, “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü, dosent Yusif Alıyev iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tədbirdə iştirak edən şagirdləri və onların valideynlərini Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatı adından təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. R.Göyüşov qeyd etmişdir ki, bu gün ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında təhsilə böyük diqqət və qayğı göstərilir, əhalinin rifah halını yaxşılaşdırılması üçün silsilə tədbirlər görülür. Eyni zamanda əhalinin sosial müdafiəyə ehtiyacı olan hissəsi də diqqətdən kənarda qalmır və onlar da qayğı ilə əhatə olunur. Ölkə prezidentinin bu sahəyə dair tapşırıq və tövsiyyələridə uğurla icra olunur və bugünkü tədbir qeyd olunanların bir nümunəsidir. Natiq eyni zamanda bu tədris ilində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də ilk zəngin çalınacağını qürurla bildirdi və bu yaxınlarda Binəqədi rayon ictimaiyyətinin Cocuq Mərcanlıya səfəri və orada keçirilən görüşlər barədə ətraflı məlumat verdi.

Tədbirdə “Hilal” ictimai birliyinin sədri, YAP Binəqədi Rayon Təşkilatının şura üzvü Arzuman Abdulkərimov çıxış edərək şagirdləri və onların valideynlərini yeni dərs ilinin başlaması münasibətilə təbrik etdi. Onlara təhsildə və şəxsi həyatlarında uğurlar arzuladı.

Tədbirdə çıxış edən valideyn Mənsurə Hüseynova göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əiyevə və rayon rəhbərliyinə təşəkkürlərini çatdırdı.

Tədbirdə iştirak edən şagirdlər vətənə, anaya, məktəbə həsr olunan şeirlərdən parçalar səsləndirdilər.

Sonda 40-dan çox şagirdə məktəbli formaları hədiyyə edildi.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here