ƏSAS SƏHİFƏ

“Biotexnologiyalar” mövzusunda seminar

706

ATGTİ Ekologiya işçi qrupu təqdim edir !

Əziz tələbələr, bu təlimdə ” Biz təbiəti niyə öyrənməliyik? ” – sualına cavab tapacaqsınız.

Seminar haqqında qısa məlumat :
– Mercedes firması qutu balığını təqlid edir, bununla da avtomobilləri yanacaqdan daha sərfəli istifadə edir. McLaren firması yelkən balığını təqlid edərək daha sürətli motorlar ixtira edir. Skorski vertolyotlarının bəzi modelləri iynəcələrin xüsusiyyətləri öyrənilərək dizayn edilir. Kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün balıqların antifriz sistemi öyrənilir. Boeing firması quşların qanad qıvrımlarını, yapon şinkansen qatarları isə quşların dimdik formalarını təqlid edir. Yüksək təzyiqli nasosların inkişafı üçün suyun səthi gərilmə qüvvəsindən istifadə edilir. Ağcaqanadların cərrahiyyə metodları tibbə, yarasaların exolokasiya sistemləri hərb sənayesinə tətbiq edilir və s.

Daha bilmədiyimiz, amma gündəlik həyatda istifadə edib müşahidə etdiyimiz bir çox texnologiya əslində təbiətdəki texnologiyanın təqlididir. Bu təlimdə daha bir çox əyani misalları təbiəti qorumağın onu tanımaqla mümkün olacağını öyrənmək mümkündür.
Seminarın sonunda tələbələrə fosil sərgi təqdim olunacaq.

-Seminar:
“Təbiət Elmləri İctimai Birliyi”nin sədri və peşəkar təlimçi Rövşən Əkbərov tərəfindən 28.03.2015-ci il, saat 12:00 tarixində ATGTİ-nin ofisində keçiriləcəkdir.

Seminarda iştirak etmək istəyən şəxslərdən 27 mart, 2015-ci il tarixindən gec olmayaraq aşağıdakı linkdə qeydiyyatdan keçmələri xahiş olunur. Qeydiyyatdan keçən hər kəs seminarda iştirak edə bilər.
http://goo.gl/IfjEhW

QEYD: Seminarda iştirak tamamilə ödənişsizdir.
Əlavə suallarınız olarsa, ATGTİ Ekologiya işçi qrupunun aşağıda göstərilən emailə müraciət edə bilərsiniz:

Email- [email protected]

ATGTİ-nin qərargahı yerləşir: 28 May küç. 9/13;
23 nömrəli məktəblə üzbəüz

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı