ƏSAS SƏHİFƏ

Bir developer ilə evlənmək üçün 7 səbəb

587

Bir developerin münasibət vəziyyəti çoxda ürəkaçan deyil. Olarsa olar, olmazsa kod yazar. Belə şeylərə çoxda fikir verməz. Onun tək dərdi “deadline”dır. Qarşı cins tərəfindən düşünsək, bir developer ilə niyə evlənmək olar ki? Gəlin buna maddələr halında baxaq:

  1. Koduna sadiqdir

Nə əlaqəsi var? Dediyinizi eşidir kimiyəm. Belə açıqlayaq: koduna gözü kimi baxan, onu “dll” halına gətirib başqa developerlərdən qoruyan, hər şəraitdə öz kodunu müdafiə edən bir developerin öz xanımına fərqli davranacağını yəqinki düşünmürsünüz, elə deyilmi?

  1. İçkisi və qumarı yoxdur, qəhvəsi vardır

Bəli yoxdur. Bir tək qəhvəsi vardır. Acı qəhvə! Xərcə vursanız, içkinin yanında heçdir. Bir developerin qumarlada əlaqəsi yoxdur, hə bəlkə pul qazanmaq üçün bir qumar saytı hazırlaya bilər amma sadəcə bu qədər.

  1. Möhtəşəm bir ata olur

Developer ata çox ağıllıdır, uşağın alqoritmini anlayar və ona uyğun hərəkət edər.

  1. Asan xoşbəxt olur

Ad günündə, sevgililər günündə, evlilik tarixində nə hədiyyə alım deyə düşünməyinizə ehtiyac yoxdur. Bir qəhvə maşını, usb yaddaş, boş dvd, yeni bir klaviatura və ikinci ekran bir developeri çox xoşbəxt edə bilər.

  1. Könül əyləndirməz

Siz hansısa developerin “dayan bu kodu yazım, gələn həftə bunu başqa bir kodla dəyişdirərəm, ondan sonrakı həftə isə bunların yerinə başqa kod tapıb dəyişdirərəm” dediyini eşitmisiniz? Doğru kod bloku onun üçün təkdir. Ölənə qədər o layihədə o kod qalır. Bəli, qadınlarada bu şəkildə yanaşır.

  1. Təmiz, vasvası və səliqəlidir

“Object Oriented” yazan bir developer koduna göstərdiyi səliqəni evinədə göstərir. Layihəsində lazımsız kodlar olmadığı kimi evindədə lazımsız əşyalar yoxdur. Necə deyiblər “We Love Clean Code Developer!”

  1. Çoxlu pul

Sizə bir developerin qazandığı puldan heç bəhs etmişəm? Çoxlu çoxlu, yaşıl yaşıl, həmdə hər ay.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı