İDMAN 2020.04.06 07:13

“Bir qadınla iki dəfə evlənməzlər”

135

Misir milli komandasının və Ajax-ın sabiq futbolçusu Mido Real Madrid-in baş məşqçisi Zinəddin Zidanla bağlı fikirlərini bildirib.

Keçmiş hücumçu, Zidanın Real Madrid-ə heç nə gətirmədiyini deyib:

“Real Madrid mənim ən sevimli klubumdur. Zidana gəldikdə isə, onun komandaya nəsə gətirdiyini düşünmürəm. Bu vəziyyətdə bir söz deyirlər: bir qadınla iki dəfə evlənməzlər”.

Qeyd edək ki, karyerası ərzində Ajax, Tottenham, Roma, Burnsley kimi klublarda çıxış edən Mido, Misir yığmasında 50 oyuna çıxıb.

Goal.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı