Birinci sinfə gedən şagirdlərlə bağlı həkim məsləhəti

Orta məktəblərdə yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Bu il 164 mindən çox uşaq birinci sinfə gedəcək. Hazırda valideynlər məktəbli forması və dərs ləvazimatı almaqla məşğuldurlar.

Pediatr Vaqif Qarayev şagird valideynlərinə bir sıra tövsiyələr verib. V.Qarayev bildirib ki, valideynlər övladları üçün məktəbli forması və ləvazimat alarkən diqqətli olmalıdır.

Pediatr tövsiyə edir ki, məktəbli çantaları uşağın fiziki parametrlərinə uyğun, yüngül olsa daha yaxşıdır, çünki ağır çantalar uşağın qamətini deformasiya edir. Onun sözlərinə görə, çantanın çəkisi uşağın çəkisinin təqribən 10 faizindən çox olmamalıdır: “Yəni 6 yaşlı uşağın normalda çəkisi təqribən 22 kq edir və belə olan halda təxminən 2-2,5 kq ağırlığında çanta daşıya bilər”.

V.Qarayev həmçinin valideynlərə sintetik materialdan hazırlanmış paltarlar almamağı tövsiyə edir: “Nisbətən baha olsa da, valideynlər çalışıb təbii materialdan olan paltarlar almalıdır. Çünki sintetik materialdan hazırlanmış paltarlarda dəri “nəfəs almır”, yəni soyuqda soyuq, istidə isti olur”.

Pediatr eyni zamanda vurğulayıb ki, uşaqların düzgün oturma qaydaları var: “Sanitar normalara görə partanın, stulun ölçüləri var. Həm də uşağın gözü ilə partanın arasındakı məsafə də sanitar normalara uyğun olmalıdır – təxminən 30 sm, amma uşaq evdə də, məktəbdə də belini qətiyyən əyməməli, qamətini düzgün tutub bu məsafəni saxlamalıdır”.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here