ƏSAS SƏHİFƏ

“Birlik” rəsm sərgisi

528

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində 2015-ci il 5 iyun tarixində saat 12:00-da “Birlik” rəsm sərgisi keçirilir.
Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Respublikasında Fəaliyyət göstərən diplomatik nümayəndəliklərin birgə təşəbbüsü ilə keçirilir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi kompleksinin dünyanın bir sıra peşəkar nüfuzlu rəssamlarının, o cümlədən, həvəskar rəssamların sərgisini birlikdə təşkil etməkdə əsas məqsədi “Saf rənglər” III Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının təşkilində göstərdikləri köməkliyə təşəkkür xarakeri daşıyır.
Qeyd edək ki, “Saf rənglər” III Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı 25-30 may tarixləri çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi kompleksində keçirilmişdir. Festivalda 20-ə yaxın rəssamlıq studiyaları, incəsənət məktəbləri ilə yanaşı Fransa, Kuba, Koreya, Çin, Belarusiya, Misir, Mərakeş, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Almaniya, Fələstin, Hindistan və bir çox ölkələrdən uşaqların əl işləri nümaiş olunurdu. Hər bir ölkə və studiya, ayrı-ayrı iştirakçılar öz bədii meyarları və estetik üstünlüklərini rəhbər tutaraq nümayiş üçün ən parlaq naliyyətlərini nümayiş etdirən işlərini təqdim etmişdilər.
“Birlik” sərgisində Misir Ərəb Respublikasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinin həyat yoldaşı Heba xaım Xurşidin, dünyaca məhşur əslən Meksikalı rəssam Margaritta Morales , Qafqaz Universitetinin Qafqaz Araşdırmalar İnstitutunun müdiri doktor Mehmet Rıhtım, digər qonaqlar Gülhan Badamil, Xulia Rıhtım və digər qonaqların əsərləri sərgilənəcəkdir. Həmçinin ölkəmizdə yetərincə tanınan azərbaycanlı rəssamlar Pərvin Əfəndi, Esmiralda Tağızadə, Ülviyyə Paşayeva, Cəlal Ağayev, Vüqar Abdullayev və digərlərinin əsərləri nümayiş olunacaqdır.
Sərginin açılış mərasimi 5 iyun saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçirilir.
“Birlik” adlı beynəlxalq sərgi bir həftə davam edəcəkdir

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı