ƏSAS SƏHİFƏ

“Biznes jurnalistika” layihəsinin ikinci təlimi başa çatıb

526

“British Council” “PAŞA Bank” ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycan jurnalistləri üçün “Biznes jurnalistika” layihəsinin ikinci təlimini keçirib.

AzərTAc xəbər verir ki, layihədə ölkəmizin aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 jurnalist iştirak edib. Jurnalistlər arasında AzərTAc-ın əməkdaşı da var. Böyük Britaniyadan dəvət olunmuş təlimçi Dan Mason fotojurnalistikanın incəlikləri, multimedia və videoxəbərlərin hazırlanması, informasiyalara cəlbedici başlıqların seçilməsi və sosial şəbəkələrdə yerləşdirilməsi barədə ətraflı məlumat verib.

Növbəti təlim fevral ayında keçiriləcək.

Xatırladaq ki, layihə 2011-ci ildən həyata keçirilir və artıq 4-cü qrup üçün təlim sessiyasına start verilib. Yekunda seçilmiş iştirakçılar Birləşmiş Krallıqdan olan aparıcı media müəssisələrinə mübadilə səfəri edəcək, bir sıra görkəmli jurnalistlərlə görüşəcəklər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı