Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən və Azərbaycan Gənclər İttifaqının həyata keçirdiyi “Biznesin uğurlu idarəetmə modeli – gələcəyin təminatıdır” layihəsi çərçivəsində gənclər arasında aşağıdakı mövzular üzrə silsilə təlimlərin təşkilinə start verir:
– “Komanda işi”
– “CV-nin yazılması və işədüzəlmədə vacib bacarıqlar”
– “Rəhbərliklə işgüzar münasibətlərin qurulması”
– “Biznes planlarının hazırlanması”
– “Biznesin inkişafı və davamlı fəaliyyət üçün effektiv təcrübə”.
Təlimlər 12 oktyabr 2015-ci il tarixindən başlayaraq keçiriləcək. Təlimdə fəal iştirak edən gənclərə sertifikatlar təqdim ediləcək.
TƏLİMİN TƏŞKİLİ YERİ: Bakı şəhəri, Casipan Business Center, CəfərCabbarlı küçəsi, 40.
TƏLİMİN TƏŞKİLİ TARİXİ: 12 OKTYABR 2015-ci il.
TƏLİMDƏ İŞTİRAK ÖDƏNİŞSİZDİR.
Təlimdə iştirak etmək istəyənlər öz əlaqə məlumatlarını və telefon nömrələrini [email protected] elektron poçtuna 5 oktyabr 2015-ci il tarixinə kimi təqdim etmələri xahiş olunur.
Təlimdə iştirak üçün həmçinin aşağıdakı əlaqə telefonlarına müraciət edə bilərsiniz:
(070) 757 42 70.
