CƏMİYYƏT 2020.11.21 09:15

BMT Fransada məktəblilərin saxlanılmasını və dindirilməsini pislədi

27

BMT Fransada Məhəmməd peyğəmbərin karikaturalarına görə müəllimlə mübahisəyə görə dörd məktəblinin dindirilməsini tənqid edib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

“Uşaqların saxlanılması sonuncu mümkün addımdır”, – BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mətbuat katibi Marta Urtado deyib.

Urtado BMT-nin uşaq hüquqları haqqında konvensiyalarının olduğunu xatırladıb.

Konvensiyanın 1-ci maddəsinin 3-cü bəndinə əsasən həddi-buluğa çatmamış şəxslərin maraqları uşaqlara aid olan bütün məsələlərdə prioritetə malik olmalıdır. Bu, konvensiya prinsiplərinin əsasından biridir.

Urtado qeyd edib ki, BMT kimi hüquq müdafiə təşkilatlarının səviyyəsində “Fransanın terrorizmlə mübarizə Haqqında” qanunu dəfələrlə tənqidə məruz qalıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı