DÜNYA 2020.05.04 13:30

BMT İkinci Dünya müharibəsinin 75 illiyi münasibətilə bəyannamə hazırlayır

29

BMT İkinci Dünya müharibəsinin başa çatması və nasizm üzərində qələbənin 75 illiyi münasibətilə bəyannamə hazırlayır.

Trend-in məlumatına görə, bunu təşkilatın baş katibi Antoniu Quterreş TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana özəl müsahibəsində deyib.

O bildirib ki, BMT üzv dövlətlərinin bu bəyannaməni dəstəkləyəcəyinə ümid edir:

“Biz BMT Baş Assambleyasının bütün üzvlərinin iştirakı ilə təntənəli iclas keçirməyi planlaşdırırıq. Ümid edirik ki, üzv dövlətlər BMT-nin İkinci Dünya müharibəsinin başa çatması və nasizm üzərində qələbə ilə bağlı mövqeyinin yer alacağı bəyannaməni dəstəkləyəcək”.

A.Quterreş xatırladıb ki, BMT də bu il 75 illiyini qeyd edir: “Təşkilatın yaranması Qələbə sayəsində mümkün oldu. Qələbə olmasaydı, BMT də olmayacaqdı”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı