ƏSAS SƏHİFƏ

BMT-in CEDAW konvensiyası və hüquq müdafiəçilərinin təhlükəsizliyinin təminatı yolları

936

Qadın hüquqları üzrə işləyən QHT- lərin, qadın hüquq müdafiəçilərinin, jurnalistlərin və hüquqşünasların nəzərinə!

BMT-in CEDAW konvensiyası və hüquq müdafiəçilərinin təhlükəsizliyinin təminatı yolları haqqında bilik əldə etmək istəyirsinizsə,

BİZƏ MÜRACİƏT EDİN!

Peşəkar mütəxəssislər tərəfindən
aparılan 4-günlük TƏLİM KURSU!

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) BMT-in CEDAW konvensiyası və hüquq müdafiəçilərinin təhlükəsizliyinin təminatı yolları haqqında 17-18 sentyabr və 24-25 sentyabr tarixlərində hər biri iki 2-günlük olmaqla cəmi 4 gün nəzərdə tutulmuş təlim kurslarını həyata keçirir.

CEDAW BMT-in Baş Assambleyası tərəfindən 1979-cu ildə qəbul edilmiş “Qadınlara qarşı Ayrı-seçkiliyinin Bütün Formalarının Ləğv edilməsi” haqqında konvensiyadır. Azərbaycan bu Konvensiyaya 1995-ci ildə qoşulmuşdur və konvensiyanı ratifikasiya edən digər ölkələr kimi Komitə qarşısında hesabat verməli və onlar tərəfindən qoyulan öhdəlikləri yerinə yetirməlidir. Siz bu təlim çərçivəsində CEDAW konvensiyası, onun əhəmiyyəti, mahiyyəti və mexanizmi, CEDAW-un dövriyyəsi, monitorinqi və hesabatvermə prosesi haqqında biliklərə yiyələnəcək, həmçinin CEDAW üzrə kölgə/alternativ hesabatın yazılması, təqdim edilməsi və paylanması yollarını öyrənəcəksiniz. Eyni zamanda CEDAW-ya dair lobbiçilik və vəkilliyin strategiyaları barədə ətraflı məlumat alacaqsınız. Bütün bu biliklər sizə qadınların cəmiyyətdə üzləşdiyi ayrı-seçkilikləri aradan qaldırmaqda və bu sahədə peşəkar fəaliyyət göstərməkdə yardımçı olacaq.

Təlimin “hüquq müdafiəçilərinin təhlükəsizliyinin təminatı” hissəsində isə, hüquq müdafiəçilərinin, xüsusilə də qadın hüquq müdafiəçilərinin iş və sosial həyatlarında, həmçinin cəmiyyətdə qarşılaşdıqları fiziki və mənəvi təhlükə və çətinlikləri dəf etmə yolları barədə məlumatlara yiyələnəcəksiniz.

Təlim kursunun bütün 4 günündə nizamlı iştirak etmək MÜTLƏQ VƏ YEGANƏ ŞƏRTDİR. Yalnız nizamlı şəkildə iştirak edən iştirakçılar sonda RİQC tərəfindən verilən sertifikatlarla təltif olunacaq. Qeydiyyatdan mümkün qədər tez keçməniz iştirakınızı təmin edəcək.

Təlimlərdə iştirak: Pulsuzdur

Təlimin dili: Azərbaycan

Təlimin vaxtları: 17-18 sentyabr və 24-25 sentyabr (cəmi 4 gün) – saat 10:00 – 17:00

Qeydiyyat: Ərizə formasını səhifəmizin mesaj bölməsinə və ya [email protected] ünvanına müraciət etməklə əldə edə bilərsiniz

Ərizənin son qəbul tarixi: 16 sentyabr saat 18:00

Əlaqələndirici şəxs: Leyla İskəndərova

Ünvan: Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)
Bakı, AZ1025, Azərbaycan, A. Cəlilov küç.26, mən. 98
Tel: (+99412) 490 40 44, Mob: (+99450) 760 40 44

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı