CƏMİYYƏT 2020.09.15 12:57

BNA: Nəqliyyatın hərəkətində çətinliklər müşahidə olunmayıb

27

İlk tədris günü şəhər yollarında xüsusən də məktəblərin ətrafında nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında əsas nəqliyyat yükü olan 25 küçə və prospektdə svetoforlara “yaşıl dalğa” əmri tətbiq edilib, nəticədə səhər pik saatlarında nəqliyyat vasitələrinin hərəkətində ümumilikdə çətinliklər müşahidə olunmayıb.

“Qanunsuz parklanma hallarının daha çox müşahidə olunduğu ərazilər əvvəlcədən müəyyən edilərək xidməti fəaliyyət təşkil edilib. Yol hərəkəti iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb. Sıxlıqların qarşısının alınmasında göstərdikləri anlayışa və dəstəyə görə hərəkət iştirakçılarına təşəkkür edirik”, – M.Ağayev qeyd edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı