ƏSAS SƏHİFƏ

BOCCİA idman növü üzrə “SENİ CUP” turniri

635

BOCCİA idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və 20 il ərzində, populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və surətlə inkişaf edir. Azərbaycan idmanı üçün yenilik olan BOCCİA idman növündə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar öz güclərini sınaya biləcəklər. Professional idmançı olmaqla yanaşı, BOCCİA idman növü, fiziki güclə bərabər zehin əməyi də tələb etdiyinə görə, həm də reabilitasiya xarakteri daşıyır. BOCCİA idman növünün üstünlüyü ondan ibarətdir ki, əlləri işləməyən sağlamlıq imkanları məhdud olan uşaq və gənclər də bu idman növü ilə məşqul olub, paralimpiyadada iştirak edə bilərlər.

6 dekabr saat 12:00-15:00-da ABU Arenada (Gənclik m.) keçiriləcək.

Baxmaq üçün giriş sərbəstdir

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı